BAKI, 27 avqust — Sputnik, Kəmalə Əliyeva. "Azərbaycan Gözəli 2016" müsabiqəsinin qalibi Günel Ağayeva ilə türkiyəli iş adamı arasında sevgi münasibətləri yaranıb.
Sputnik Azərbaycan xəbər verir ki, Ağayeva sevgilisi ilə birgə fotolarını "Instagram" səhifəsində paylaşıb.
Model uzun müddət şəxsi həyatını uğurla gizlədib, amma indi özü Türkiyədə ciddi biznesi olan sevgilisini dünyaya tanıtmaq qərarına gəlib. Onlar bir neçə aydır ki görüşürlər, amma hələlik münasibətlərini qanuniləşdirməyi düşünmürlər.
Günel Ağayeva Türkiyədə iki ildən çoxdur ki yaşayır və orada teatr təhsili alır. Model reklam layihələrində iştirak etməyi, həmçinin Türkiyə və Azərbaycan filmlərində çəkilməyi planlaşdırır.
Bir qədər əvvəl Ağayeva "Hande Ataizi ile" nikah verilişində iştirak edib, lakin nikah iddiaçısından ayrılaraq şounu tərk edib.
Bundan əlavə, model məşhur türk müğənnisi Serdar Sayqılının klipində çəkilərək onun sevgilisi rolunu oynayıb. O, həmçinin Türkiyədə müxtəlif klublarda DJ kimi çalışıb.