RUSİYA

Putin ikinci COVID-19 vaksini barədə əminlik ifadə edib

"Əminəm ki, "Vektor"un mütəxəssisləri də insanlara çox kömək edəcək gözəl bir preparat hazırlayacaqlar", - Putin bildirib.
Sputnik

BAKI, 27 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ikinci koronavirus vaksininin də etibarlı və səmərəli olacağına əminliyini ifadə edib.

Sputnik Azərbaycan xəbər verir ki, Putin bu barədə "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Qamaleya Mərkəzi tərəfindən işlənib hazırlanmış koronavirus vaksinindən sonra "Vektor" institutunun Novosibirskdə işləyib hazırladığı ikinci vaksin sentyabrda hazır olacaq.

"Əminəm ki, "Vektor"un mütəxəssisləri də insanlara çox kömək edəcək gözəl bir preparat hazırlayacaqlar", - Putin bildirib.

"Hesab edirəm ki, onlar rəqabət aparacaqlar, çünki təhlükəsizliyə və effektivliyə görə bir-birinə güzəştə getməməlidirlər", - Rusiya prezidenti preparatların bir-biri ilə rəqabət aparacağı və ya bir-birini tamamlayacağı barədə suala cavab verərkən deyib.