Məktəblər bu halda bağlanacaq

Emin Əmrullayev: "Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq".
Sputnik

BAKI, 27 avqust — Sputnik. Ölkədə koronavirusa yoluxma qeydə alınan məktəblər bağlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışında bildirib.

O, qeyd edib ki, məktəblər açılandan sonra kütləvi yoluxma olacaqsa, bu halda həmin təhsil müəssisələri qapadılacaq: "Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq. Məsələn, Bakının Xəzər rayonunda bir məktəbdə kütləvi yoluxma halları olarsa, Qaradağ rayonunda məktəbi bağlamaq məntiqli deyil. Bağlanmalar, açılmalar və məhdudiyyətlərlə bağlı qərarlar daha çox lokal xarakterli olacaq”.