BAKI, 27 avqust — Sputnik. “5, 9, 10, 11-ci siniflərdə oxuyanların dərs vaxtı 15 sentyabr tarixindən onlayn qaydada başlayır. Oktyabrın 1-dən isə 5-9-cu siniflərin məktəbə mərhələlərlə əyani şəkildə gəlməsini planlaşdırırıq”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib. 1 milyon 300 min şagirdi uyğunlaşdırılmış proqramlarla məktəbə qaytarmaq planlaşdırılır. 1 oktyabr tarixindən 5-9-cu siniflərin məktəbə əyani şəkildə dərsə gəlməsini planlaşdırırıq. Epidemioloji vəziyyətə görə, 15 oktyabr tarixindən 10 və 11-ci siniflərin məktəbə qaytarılması planlaşdırırılır".