BAKI, 27 avqust — Sputnik. Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.