CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mövsüm hələ açılmayıb, amma tələyə düşənlərdən boluq

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonunun Pirəkəşkül və Xızı rayonunun Xanagah kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

"Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Müşviq Quliyev, Bakı şəhər sakinləri Şahlar Həsənov və Elşad Əyyubov olduğu məlum olub, onlardan ov tüfəngləri və patron götürülüb. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub", - o bildirib.

Qeyd edək ki, Azərbaycan ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 1 sentyabr tarixindən etibarən açıq elan edilir.