CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbə çatmaq üçün son 19 gün

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur
Sputnik

BAKI, 26 avqust — Sputnik. Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir. Sputnik Azərbaycan-ın məlumatına görə, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir.

Qruplara məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-ci il təvəllüdlü) uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir. Elektron sənəd qəbulu sistemindən istifadə üçün də ödəniş tələb olunmur.

Xatırladaq ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb və sentyabrın 14-dək davam edəcək.