CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu günün rəqəmləri: Yoluxanların da sayı artdı, sağalanların da

İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib
Sputnik

BAKI, 26 avqust — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 281 nəfər müalicə olunaraq sağalıb, 522 nəfər vəfat edib, aktiv xəstə sayı 1 904 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 791, ötən müddət ərzində isə ümumilikdə 892 070 test aparılıb.

Qeyd edək ki, dünən ölkədə koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınmış, 86 nəfər müalicə olunaraq evə buraxılmışdı.