BAKI, 26 avqust — Sputnik. ABŞ Rusiyaya qarşı sanksiya siyahısına şimal qonşumuzun beş elmi-tədqiqat institutunun adını daxil edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onları "kimyəvi və bioloji silah üzərində iş aparmaqda" şübhəli bilirlər.
Rusiyanın Müdafiə Nazirliyinin koronavirus əleyhinə peyvəndin hazılrlanmasında iştirak edən elmi-tədqiqat institutu da bu sıraya daxil edilib.