BAKI, 26 avqust — Sputnik. "ÜST UNİCEF və Beynəlxalq Pediatrik Assosasiya ilə bir araya gələrək uşaqların maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetirdilər. Biz 5 yaşdan aşağı uşaqların maska taxmasına ehtiyac görmürük. Lakin müəyyən şəraitdə onların da maska taxması zəruri ola bilər".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün mətbuat katibi Marqaret Harris "REAL"a açıqlamasında deyib. O bildirib ki, 5 yaşdan yuxarı olan uşaqların nə zaman və necə maska taxması ilə bağlı ÜST-ün təlimatları var.