Dövlət İmtahan Mərkəzi məlumat yaydı

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul, Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanları keçiriləcək.
Sputnik

BAKI, 26 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Mərkəzdən bildirilib ki, 27 avqust 2020-ci il tarixində Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul, Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanları keçiriləcək.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni DİM-in saytından çap etməlidirlər.