CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu məhbuslara ərazini tərk etmək imkanı yaradılıb

"Həmin şəxslər özlərinin ailə-sosial və digər məsələlərin həlli ilə bağlı təyin edilmiş ərazi hüdudlarından kənara qısa müddətli səfərə gedib-qayıdıblar” - Ədliyyə Nazirliyinin rəsmisi.
Sputnik

BAKI, 26 avqust — Sputnik. “Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı bu şəxslərə həvəsləndirmə üçün iki növ imkan yaradılır. Belə ki, həmin şəxslər təyin olunmuş cəzanın yarısını çəkdikdən sonra onlara vaxtından şərti azadolunma tətbiq oluna bilər. Eyni zamanda həmin şəxslərə həvəsləndirmə üçün şənbə və bazar günləri, həmçinin bayram günləri məhkəmə tərəfindən müəyyən olunmuş ərazini tərk etmək imkanı yaradılır".

Sputnik Azərbaycan-ın xəbərinə görə, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov belə deyib.

O bildirib ki, cari ildə COVID-19-la mübarizəyə baxmayaraq, 40-dan çox məhkəmələrdə belə bir imkan yaradılıb: "Həmin şəxslər özlərinin ailə-sosial və digər məsələlərin həlli ilə bağlı təyin edilmiş ərazi hüdudlarından kənara qısa müddətli səfərə gedib-qayıdıblar”.