SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aydın Mirzəzadə: “YAP yaranan gündən islahatları prioritet hesab edir”

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyir ki, struktur islahatları gələcəyin işidir, dövrün tələblərinə uyğun olaraq həmin məsələlər nəzərdən keçirilə bilər
Sputnik

Bu il Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçirilə bilər.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Sputnik Azərbaycan-a deyir ki, YAP yaranan gündən yenilikləri və islahatları prioritet hesab edir:

“YAP gündəlik taktiki fəaliyyətində etdiyi yeniliklərlə cəmiyyətin diqqətini cəlb edir. Zaman dəyişir, yeni tələblər ortaya çıxır və partiya daim yenilənir. Yenilənmələrdə partiya üzvlərinin təklifləri də nəzərə alınacaq. Partiyadakı struktur islahatlarına gəldikdə isə bunlar gələcəyin işidir, dövrün tələblərinə uyğun olaraq həmin məsələlər nəzərdən keçirilə bilər”.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib.

Aydın Mirzəzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz