CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusu Tovuzda evləri atəşə tutub - FOTO

İyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində vəziyyət gərginləşdikdən sonra qarşı tərəf dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub.
Sputnik

BAKI, 25 avqust — Sputnik. Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.

Ermənistan ordusu Tovuzda evləri atəşə tutub - FOTO

Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində vəziyyət gərginləşdikdən sonra qarşı tərəf dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub.

Avqustun 17-də Tovuzun Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. Güllələr və iriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Güllələrdən bir neçəsi kənd sakini Minayə Qasımovanın evini hədəf alıb. İyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb.

Avqustun 22-də də insident təkrarlanıb. Bu dəfə güllələr kənd sakini Bağırova Laçın Zaman qızının evinə və həyətinə düşüb. Yaşayış evinə ziyan dəyib.