BAKI, 25 avqust — Sputnik. Azərbaycanda qanunsuz ov edərək cərimələnən əcnəbilərin sayı açıqlanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, 2019-cu ildə 20 xarici vətəndaş ov qaydalarını pozduğu üçün hər biri iki min manat məbləğində cərimələnib. Onun sözlərinə görə, onların ölkəmizin qanunlarını pozduğu üçün ölkədən məcburi qaydada çıxarılması ilə bağlı müraciət edilib.
H.Əlizadə bildirib ki, bu il belə faklara rast gəlinməyib. Səbəb isə pandemiya ilə bağlı ölkəmizə əcnəbilərin girişinin mümkün olmaması ilə bağlıdır.