CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha 133 yoluxma qeydə alındı

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir.
Sputnik

BAKI, 25 avqust – Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 885 279 test aparılıb.