MƏDƏNİYYƏT

Dünyaca məşhur festivaldan yenilik – cinsi ayrı-seçkilik olmayacaq

1951-76-cı illərdə festivala rəhbərlik edən Alfred Bauyerin adına təsis olunmuş "Alfred Bauyer" mükafatı da ləğv olunub
Sputnik

BAKI, 25 avqust — Sputnik. Kino dünyasının ən prestijli festivallarından olan Berlin film festivalında artıq cinsi ayrı-seçkilik ləğv edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, "ən yaxşı aktyor" və "ən yaxşı aktrisa" əvəzinə "ən yaxşı performans üçün gümüş ayı" mükafatı təqdim olunacaq.

Bundan başqa, 1951-76-cı illərdə festivala rəhbərlik edən Alfred Bauyerin adına təsis olunmuş "Alfred Bauyer" mükafatı da ləğv olunub.

Qeyd edək ki, Berlin Beynəlxalq Film Festivalı, 1951-ci ildə Berlin şəhərində, film direktoru Alfred Bauyer tərəfindən təsis olunub.

Bir qayda olaraq, hər il festivalda 350-yə yaxın film nümayiş olunur və bu film şousunda 150 minə yaxın tamaşaçı iştirak edir.