HADİSƏ

Abşeronda kişinin başından vuraraq 17 min manat pulunu aparanlar tutuldu

Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.
Sputnik

BAKI, 24 avqust – Sputnik. Abşeronda kişinin başına küt alətlə vurub, 15 min manatdan çox pulunu oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin,  Baş Cinayətlərlə Axtarış İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R.Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Ə.Həmzəyev və S.Həmzəyev saxlanılıb, daha bir nəfərin şəxsiyyəti isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.