RUSİYA

Rusiyada terrorçuları cəlb edərək Suriyaya göndərən kanal aşkar edilib

Terrorçuların maliyyələşdirilmə sxemləri və yaraqlıların konspirativ hərəkət marşrutları aşkar edilib. Cinayət işi açılıb.
Sputnik

BAKI, 24 avqust — Sputnik. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD yaraqlılarını cəlb edərək Suriyaya göndərən kanalı aşkar edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, xüsusi əməliyyat Tatarıstanda, Dağıstanda və Tümen vilayətində keçirilib. Kanalın təşkilatçısı saxlanılıb.

İstintaqın məlumatına görə, o, rusiyalıları və digər MDB ölkələrinin vətəndaşlarını cəlb edərək Suriya Ərəb Respublikasına göndərirmiş.

Terrorçuların maliyyələşdirilmə sxemləri və yaraqlıların konspirativ hərəkət marşrutları aşkar edilib. Cinayət işi açılıb.

FTX-ın Direktoru Aleksandr Bortnikov iyunda bildirib ki, Rusiyada son 10 ildə 160, 2019-cu ildə 43, cari ildə isə 20-dən çox terror aktının qarşısı alınıb.