BAKI, 24 avqust — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bu barədə Operativ Qərargah məlumat yayıb. Məlumatda bildirilir ki, son sutkada 1 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, 1 803 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890, bu günə qədər isə ümumilikdə 878 667 test icra olunub.