Bayden varlılar üçün vergiləri qaldırmağa hazır olduğunu deyib

"Çünki vaxt gəlib çatıb ki, onlar da öz iqtisadi vəzifələrini ödəməyə başlasınlar. Mən heç kəsi cəzalandırmıram", - Bayden telekanala bildirib.
Sputnik

BAKI, 24 avqust — Sputnik. Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Co Bayden bildirib ki, prezident seçiləcəyi təqdirdə ildə 400 min dollardan çox pul qazanan şəxslərin vergilərini qaldırmağı planlaşdırır, lakin bundan az qazananlardan heç bir yeni vergi alınmayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bayden "ABC" telekanalına müsahibəsində bildirib.

"400 min dollardan çox pul qazananlar üçün vergiləri qaldıracağam. Niyə? Çünki vaxt gəlib çatıb ki, onlar da öz iqtisadi vəzifələrini ödəməyə başlasınlar. Mən heç kəsi cəzalandırmıram. Varlılar öz ədalətli paylarını verməlidirlər, korporasiyalar öz paylarını verməlidirlər", - Bayden telekanala bildirib.

400 min dollardan az qazananlar üçün vergilərin olub-olmayacağı sualına Bayden cavab verib ki, "buna ehtiyac olmayacaq".