SƏHİYYƏ

Şəkərin narkotik təsiri varmış

Məlumdur ki, zövq alma hiss təbii yarana bildiyi kimi süni şəkildə (narkotik, alkoqol təsiri) yarana bilər.
Sputnik

BAKI, 23 avqust — Sputnik. Danimarkanın Orxus Universitetinin alimləri şəkərin insan beyninə narkotik kimi təsir etdiyini və asılılıq yaratdığını aşkarlayıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma çərçivəsində alimlər donuzlara 12 gün şirin su veriblər. Hər gün donuzlar iki litr şirin su qəbul edib. Onların beyninin vəziyyəti elmi təcrübədən əvvəl, ilk gündə və "kurs" tam başa çatdıqdan sonra qeydə alınıb.

"On iki günlük şəkər qəbulundan sonra beynin dofamin və opioid sistemlərində böyük dəyişikliklər gördük" -deyə ekspertlər bildirib. Beynin rahatlıq və zövq hissləri ilə əlaqəli hissəsində dəyişikliklər iki gün sonra özünü büruzə verib. Məlumdur ki, zövq alma hiss təbii yarana bildiyi kimi süni şəkildə (narkotik, alkoqol təsiri) yarana bilər.

Alimlər şəkərin qısa müddətdə beynin mükafat sistemini dəyişdirdiyini və asılılıq yaratdığını müəyyən edib.