CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Salyanda kişi arvadını iş yerində qətlə yetirdi

Daha bir ailə münaqişəsi ölümlə bitib. Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır
Sputnik

BAKI, 22 avqust — Sputnik. Salyanda qətl hadisəsi olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Salyan sakini, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib.

N.Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.