CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təmizlik işçisi məşhurları heyrətləndirdi və...

"Dünya sənin kimi yaxşı insanların üzərində hərəkət edir. Ümid edirik ki, sənin bu addımın gizlindən və açıqca harama əl uzadanlara da dərs olar".
Sputnik

BAKI, 22 avqust — Sputnik. Türk müğənniləri Demet Akalın, Alişan və Mustafa Ceceli Bursanın Osmanqazi Bələdiyyəsinin təmizlik işçisi Həbib Çaylı üçün bir araya gələrək, 57 yaşlı Çaylının banka olan 35 min TL borcunu ödəməyə qərar veriblər.

Məşhurları bu addımı atmağa Həbib Çaylının fədakar hərəkəti sövq edib. Belə ki, ötən həftə küçələri təmizləyən Həbib Çaylı bir bağlama tapıb. Bağlamanın içindən isə 110 min TL pul çıxıb. Özünün banka 35 min TL kredit borcu olmasına baxmayaraq, tapdığı pula əl vurmayan Çaylı, yerdən tapdığı bağlamanı polis şöbəsinə təhvil verib.

Təmizlik işçisi televiyaya müsahibəsində "Düzdür, mənim də pula ehtiyacım var. Amma haram pula əlimi də vurmaram. Ona görə də tapdığım pul bağlamasını polisə təhvil verdim" deyib. Həbib Çaylının televiziyadakı çıxışını izləyən Demet Akalın, Alişan və Mustafa Ceceli, 57 yaşlı zəhmətkeş təmizlik işçisinin banka olan 35 min lirəlik kredit borcunu ödəyəcəklərinə söz veriblər.

Demet Akalın və Alişanın verilişində qonaq olan Mustafa Cecele "Dünya sənin kimi yaxşı insanların üzərində hərəkət edir. Ümid edirik ki, sənin bu addımın gizlindən və açıqca harama əl uzadanlara da dərs olar".