Robert de Niro və Al Paçino yenidən eyni filmdə rol aldılar

Film 1997-ci ildə keçmiş həyat yoldaşı Patrisiya tərəfindən muzdlu bir qatil vasitəsi ilə qətlə yetirilən "Quççi" moda evinin rəhbəri Maurisio Quççinin həyatından bəhs edir
Sputnik

BAKI, 22 avqust — Sputnik. Dünyaca məşhur iki Hollivud aktyoru - Robert de Niro və Al Paçino yenidən eyni filmdə tərəf-müqabil olublar. Hər iki aktyor rejissor Ridli Skottun ekranlaşdıracağı yeni filmdə rol təklifi alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, film 1997-ci ildə keçmiş həyat yoldaşı Patrisiya tərəfindən muzdlu bir qatil vasitəsi ilə qətlə yetirilən "Quççi" moda evinin rəhbəri Maurisio Quççinin həyatından bəhs edir.

Qeyd edək ki, bu hadisə o dönəmlərdə dünya mətbuatında ən çox danışılan xəbər olub. Belə ki, 1985-ci ildə Quççidən boşanan Patrisiya 10 il sonra muzdlu qatil tutaraq həyat yoldaşını öldürtdürüb. 18 il həbsdə yatan Patrisiya 2016-cı ildə sərbəst buraxıılıb. Quççidən 2 övladı olan Patrisiya törətdiyi cinəyəti hər dəfə təkzib edib.