SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lalə Şövkət əməliyyat olunub

Oğlu Sidqi Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”
Sputnik

 

BAKI, 22 avqust - Sputnik. Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S.Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”. Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.