RUSİYA

Aleksey Navalnını Almaniyaya apardılar, xüsusi servislə izlədilər

FlightRadar servisinin məlumatına görə, Omskdan qalxan Bombardier Challenger 604 təyyarəsi Şenefeld aeroportuna istiqamət götürüb
Sputnik

BAKI, 22 avqust — Sputnik. Bloger Aleksey Navalnı təyyarə ilə Omskdan Berlinə aparılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, blogerin olduğu reanimobil aeroporta polisin müşayiəti ilə gəlib.

Təyyarə Omsk aeroportundan yerli vaxtla 8:00-da qalxıb. Onun Berlinə yerli vaxtla 09:02-də çatacağı təxmin edilir.

FlightRadar servisinin məlumatına görə, Omskdan qalxan Bombardier Challenger 604 təyyarəsi Şenefeld aeroportuna istiqamət götürüb. 

Omsk həkimləri Navalnını müalicə etmək üçün xaricə aparılmasına icazə verilblər. Blogerə görə Omska almaniyalı həkim briqadası gəlib, məsləhətləşmələr aparıb. Həkimlərin sözlərinə görə, Navalnının beyni sabit vəziyyətdədir, hazırda həyatı üçün təhlükə yoxdur. 

Aleksey Navalnının xəstəxanaya aparılma səbəbi

Cümə axşamı səhər Tomskdan Moskvaya uçan təyyarə Omskda təcili eniş edib. Göyərtədəki blogerin halı pisləşdiyindən onu reanimasiyaya yerləşdiriblər.

S7 aviaşirkətinin məlumatına görə, təyyarədə olarkən Aleksey Navalnı heç nə yeməyib və içməyib. Uçuşdan öncə isə aeroportun kafesində çay içib.

Omsk həkimləri onun orqanizmində zəhər elementləri aşkarlamayıblar. Həkimlərin əsas diaqnozu maddələr mübadiləsinin pozulması nəticəsində qanda şəkərin kəskin enməsidir.