BAKI, 21 avqust — Sputnik. “COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”.
APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus cümə günü keçirilən brifinqdə koronavirusla 1918-ci ildə yayılmış "İspan qripi"ni müqayisə edərkən bildirib.
ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur: “Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.