SƏHİYYƏ

Yumşalmalar davam edir - TƏBİB rəsmisi

Qarayeva bildirib ki, yumşalmalar zamanı gigiyenik tələblərə, sosial məsafəyə əməl etmək vacibdir ki, yoluxma sayı kəskin artmasın.
Sputnik

BAKI, 21 avqust — Sputnik. “Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşaltmalara gedəndə bəlli artmalar gözləniləndir”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O, bildirib ki, ona görə də, yumşalmalar zamanı gigiyenik tələblərə, sosial məsafəyə əməl etmək vacibdir ki, yoluxma sayı kəskin artmasın.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. Brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, Mərkəzi Neftçilər Xəstəxanasının hıəkim-infeksionisti Fərrux Sədirov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov iştirak edir.