Los-Anceles hadisələrinə dair hesabat təqdim olunub

20 səhifə, iki dildə hazırlanan hesabat ABŞ-ın müvafiq orqanlarına, hüquq mühafizə orqanlarına təqdim olunacaq
Sputnik

BAKI, 21 avqust — Sputnik. "Kaliforniya ştatını prokrorunun dediyi kimi, nifrət səbəbi ilə cinayətin törədilməsi sadəcə olaraq günahsız şəxsə qarşı hücum deyil, eyni zamanda da dövlətə qarşı hücumdur. Mən bir qədər də irəli gedərək demək istəyirəm ki, bu həm də bəşəriyyətə qarşı hücumdur. Bu hesabat eyni zamanda da gələcəkdə də bənzər hadisələrin baş verməsinin qarşısının alınmasına yönələn hesabatdır. Çünki bu hadisələr nifrət zəmnində və etnik xüsusiyyətə görə törədilib. Yalnız azərbaycanlı olduğu üçün bizim həmvətənlərimiz orada hücuma məruz qalıb. Orada vətəndaşlarımızın fundamenatl hüquqları pozulub və onlaırn sağlamlığı üçün ciddi təhdid yaranıb". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri ABŞ-ın Los-Anceles şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən nifrət cinayətinə dair hesabatın təqdimatı ilə əlaqədar bu gün təşkil olunan onlayn mətbuat konfransında hüquqşünas Əliməmməd Nuriyev deyib.

Ə.Nuriyev bildirib ki, ABŞ-ın müvafiq orqanlarına, hüquq-mühafizə orqanlarına baş verən hadisələrlə əlaqədar olaraq müəyyən tədbirlərin görülməsi üçün müraciətlər ediblər: "Ermənilər tərəfindən aksiyanın keçirilməsi öncə dinc xarakter daşısa da, daha sonra biz gördük ki, bu aksiya tamamilə dinc xarakterdən uzaqlaşdı. Burada beynəlxalq hüququn da fundamental tələbləri pozulub. Azərbaycanlı olduqları üçün orada hücuma məruz qalıblar. Biz işçi qrupu olaraq hadisələrə hüquqi nöqteyi-nəzərdən qiymət vermişik. O cümlədən cinayət qanunvericiliyinin hansı normaları pozulub, bu da araşdırılıb".

Konfransda həmçinin həm elektron, həm də çap versiyada hazırlanan 20 səhifədən ibarət hesabatın ABŞ-ın Federal Tədqiqatlar Bürosuna, Dövlət Departamentinə, ABŞ Baş Prokrorluğu və digər aidiyyəti orqanlara paylanılacağı vurğulanaraq onun strukturu haqda məlumat verilib: Los-Anclesdə ermənilərin azərbaycanlılara qarşı hücumunun təfərrüatları, şahid və zərər çəkmiş şəxslərin ifadələri, digər ölkələrdə baş verən oxşar zorakılıq hadisələrindən, kalifoniya ştatının qanunvericiliyindən, ABŞ məhkəmə təcrübəsi, nəticələr və müraciətlərdən ibarətdir. Hesabat ABŞ hüquq-mühafizə orqanları və ABŞ oxucuları üçün nəzərdə tutulub. Onlara həmçinin Azərbaycan-Ermənistan münaqişəsi haqda da geniş məlumat təqdim olunub. Tovuz döyüşlərinə etiraz olaraq azərbaycanlıların müxtəlif xarici ölkələrdə keçirdiyi aksiyalarda ermənilərin azərbaycanlılara qarşı etdiyi zorakılıqlardan bəhs edilib və Kaliforniya qnaunvericiliyi təhlil olunub, bu təhlil əsasında ermənilərin törətdiyi hərəkətlərin məhz nifrət cinayəti ilə tövsif edilməsi qənaətinə gəlinib. heabatda 11 şahid və zərərçəkmişin ifadələri, bir sıra fotolar da yer alıb.

Bundan başqa, sosial şəbəkələr vasitəsi ilə ermənilərin türklər və azərbaycanlıların yerlərini deyən şəxslərə pul vəd etməsi haqda da məlumatlar yer alıb.

Vurğulanıb ki, ermənilərin etiraz aksiyasında sayı 3-5 min, azərbaycanlıların sayı müxtəlif məlumatlara görə, 20-65 nəfər arasında dəyişib. Ermənilər tərəfindən başayana aksiya ilk olaraq dinc aksiya kimi başlayıb. Lakin sonradan bir qrup erməni, təxminən 150-500 nəfərdən ibarət ermənilər aqressiv çıxış edib. Polislər bizim vətəndaşlara yaxınlaşaraq vəziyyətin daha da gərginləşdiyini deyərək onlar üçün təhlükəsiz dəhliz yaradaraq oradan bizimkiləri çıxartmaq istəyərkən ermənilər bizimkiləri təqib edib, mitinq yerindən 300 metr aralıdan azərbaycanlılara  hücum edib. Gənc ermənilərdən biri hətta polisə də hücum edib. Onlar buzla dolu butulka, çəkic və digər alətlərdən də istifadə edərək azərbaycanlılara xəsarət yetirib. 15-20 azərbaycanlı döyülüb və 7 nəfəri mülaicə üçün müraciət edib. Onlar bizim bayrağa hörmətsilzik nümayiş etdirərək nalayiq söyülərdən isitfadə edərək alçaldıcı rəftarlarla bizimkiləri provakasiyaya çəkməyə cəhd edib.

Qeyd olunub ki, hücum zamanı bir neçə azərbaycanlının əmlakına ziyan dəyib, telefonlar oğurlanıb. Üzərində "my Baku" yazılan park olunmuş avtomobilin şüşələri qırılıb, təkərləri deşilib. Mitinq zamanı bir neçə ermənin üzərində terrorçu təşkilat olan "ASALA"yazılan maykalar da olub. Yaralıları aparan avtomobil də qarşıda ermənilər tərəfindən saxlanılıb, ermənilər azərbaycanlıları döyərək onları üzr istəməyə təhrik ediblər. Qeyd edək ki, hesabat beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas tərəfindən hazırlanıb.

İşçi qrupuna bu şəxslər daxildir:

1. Professor Əmir Əliyev - Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, "İnsan hüquqları və informasiya hüququ" UNESCO kafedrasının müdiri, insan hüquqları üzə mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

2. Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə - MG Consulting şirkətinin direktoru, bir sıra ölkə hesabatlarının müəllifi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

3. Profesor Leonard Hummer - ABŞ-ın Arizona Universiteti, insan hüquqları üzə mühazirəçi və müxtəlif kitabların müəllifi.

4. Professor Adel Abdullin - Rusiya Federasiyasının Kazan Federal Universitetinin Hüquq fakültəsinin "Beynəlxalq və Avropa hüququ" kafedrasının müdiri, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

5. Professor Revol Valeyev - Rusiya Federasiyasının Əməkdar hüquqşünası, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

6. Professor İlyas Doğan - Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi kafedrasının müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və çoxsaylı kitabların - dərsliklərin müəllifi.

7. Hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov - ADA Universitetinin müəllimi, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

8. Hüquq üzrə elmlər doktoru Turqay Hüseynov - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

9. Hüquq üzrə fəlsəfə doktoru Cavid Abdullazadə - Türkiyənin Ankara Universiteti Hüquq fakültəsinin Beynəlxalq hüquq kafedrasının müəllimi, ADA Universitetinin müəllimi, Beynəlxalq hüquq və insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

10. Hüquqşünas Əliməmməd Nuriyev, "Şəffaflıq" Azərbaycan təşkilatının rəhbəri, insan hüquqları sahəsində mühazirəçi və müxtəlif kitabların müəllifi.

Hesabatın hazırlanmasına görə, Bakı Dövlət Universiteti və universitetin rəhbərliyinə üsusi təşəkkür bildirilib.