SƏHİYYƏ

Yoluxma artacaq - Hazırlaşın, həkimlər də hazırlaşırlar

"Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür"
Sputnik

BAKI, 21 avqust — Sputnik. “Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, həm Bakıda, həm də bölgələrdə payıza hazırlıq görülür:

“Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxmanın azalması və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”.