RUSİYA

Sergey Lavrov Tovuz döyüşlərinin əsl səbəbini açıqladı

"Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km aralıda yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini yenidən işə salmaq qərarı bir tərəfin narahatlığına, o biri tərəfin isə əsassız reaksiyasına səbəb olub ", – Lavrov bildirib.
Sputnik

BAKI, 21 avqust — Sputnik. Azərbaycan-Ermənistan sərhədində 12-16 iyul tarixlərində baş vermiş münaqişə 1994-cü ilin atəşkəs haqqında sazişinin ikinci ən böyük miqyaslı pozulması olub (2016-cı ilin aprel döyüşlərindən sonra).

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Trud" qəzetinə müsahibəsində bildirib.

Tovuz hadisələri dünya nəhənginin rəhbərliyinin müzakirə masasında

"Münaqişə tam bir kompleks səbəblər nəticəsində baş verib. Əlbəttə ki, bunun əsasında Qarabağ probleminin həll edilməməsi, üstəlik, sərhədin hər iki tərəfində ictimai məkanın həddindən artıq qızması durur. Coğrafi amil də bir növ tətik rolunu oynayıb: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 km aralıda yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini yenidən işə salmaq qərarı bir tərəfin narahatlığına, o biri tərəfin isə əsassız reaksiyasına səbəb olub və nəticədə ən gözlənilməz nəticələri olan qarşıdurma çarxı işə salınıb", – Lavrov bildirib.

Onun sözlərinə görə, son 26 ildə ilk dəfə olaraq səhra artilleriyasından, minaatanlardan və pilotsuz zərbə təyyarələrindən istifadə ilə yüksək intensivli döyüşlər Dağlıq Qarabağda təmas xəttində deyil, bilavasitə Ermənistan və Azərbaycan arasında dövlət sərhədində baş verib.