SƏHİYYƏ

Bu qan qrupuna aid koronaviruslu xəstələrdə daha çox ağırlaşma olur

ATU Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov: “Mart ayında Çində aparılan tədqiqatlar da bunu göstərirdi”.
Sputnik

BAKI, 21 avqust - Sputnik. “Koronavirusa yoluxma bəzi qan qrupuna aid şəxslərdə problemli keçir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, II qan qrupuna aid xəstələrdə daha çox ağırlaşma baş verir: “Mart ayında Çində aparılan tədqiqatlar da bunu göstərirdi”.