İşçiləri xoşbəxt edən an heç də maaş deyilmiş

Tədqiqatçılar müəyyən ediblər ki, məzuniyyəti gözləmək belə insanı xoşbəxt edir və əmək qabiliyyətini artırır
Sputnik

BAKI, 20 avqust — Sputnik. Elm adamları və həkimlərin fikrincə, hər bir işçi ona verilən illik məzuniyyətdən səmərəli şəkildə istifadə etməlidir.

İşə olan sədaqət sağlamlığa zərər verməklə yanaşı, ömrü də qısalda bilər.

Mütəxəssislərin hesablamalarına görə, həftədə 55 saatdan çox işləyən şəxslərin insult olmaq riski 33 faizdən çox olur. Onlarda ürək tutmaları həftədə 35-40 saat işləyənlər müqayisədə 30 faiz yüksək olur.

Bundan başqa, müəyyən edilib ki, işçi həftədə 48 saatdan çox çalışırsa, onun əmək qabiliyyəti zəifləyir.

Tədqiqatçılar müəyyən ediblər ki, məzuniyyəti gözləmək belə insanı xoşbəxt edir və əmək qabiliyyətini artırır. Bu isə istirahət gözləyən mütəxəssisin stressə davamlı və toparlanmış vəziyyətdə olması ilə əlaqəlidir.

Məzuniyyətsiz iş zamanı stress və xroniki yorğunluq yığılır. Bu özünü narahatlıq və somatik problemlərlə göstərə bilər.

Bəzi mütəxəssislərin fikrincə isə, məzuniyyətini təxirə salan şəxslərin ölüm riski 20 faiz daha yüksək olur.

Həkimlər xatırladır ki, məzuniyyət təkcə işgüzar məsələlərdən uzaq olmaq deyil, eyni zamanda sağlamlığa investisiya qoymaqdır.