BAKI, 20 avqust - Sputnik. Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.
Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Kriminal avtoriteti qətlə yetirən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir.
APA bildiri ki, ilkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.
1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.