ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınla əlaqədar fövqəladə hal elan olunub. Yanğın 15 hektar ərazini əhatə edir.
Qeyd olunur ki, davamlı istilər səbəbindən baş verən meşə yanğınlarından sonra mütəmadi ildırım çaxması halları vəziyyəti daha da pisləşdirib.
Hadisə ilə əlaqədar minlərlə insan təxliyə olunub, alov yüz min əhalisi olan Vakavill şəhəri üçün böyük təhlükə yaradıb.
Xatırladaq ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisində bu günlərdə rekord göstərici - müsbət 51.4o C isti qeydə alınıb.
Daha ətraflı Sputnik Azərbaycan-ın fotolentində.