RUSİYA

Aleksey Navalnı xəstəxanaya yerləşdirilib

Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib. 
Sputnik

BAKI, 20 avqust - Sputnik. Rusiyalı bloger və müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, - o qeyd edib.

O vurğulayıb ki, A. Navalnı səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib.