MƏDƏNİYYƏT

Gülməli şəkillərə maska ilə baxmaq olar

Ötən gün başlanan sərgiyə baxmaq istəyənlər avqustun 21-dək qeyd olunan saatlarda sərgi salonuna gəlib, sərgidəki əsərləri izləyə bilərlər
Sputnik

BAKI, 20 avqust — Sputnik. ADO teatrının "Din və Elm" adı altında başlatdığı II karikatura müsabiqəsinin yekununa həsr olunmuş sərgi yekunlaşıb. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən ADO teatrının təsisçisi Elmin Bədəlovun sözlərinə görə, sərgi pandemiya qaydalarına tam əməl olunaraq həyata keçirilib: "Biz sərgini səhər saat 12-dən axşam saat 9-a qədər etdik. Gün ərzində 80 nəfərə qədər insan gəlib. Onların hamısı birdən gəlməyib. 3-3, 4-4 gəliblər. Biz zala 5 nəfərdən artıq adam buraxmadıq. Gələn insanlar çıxandan sonra yeni gələnləri qəbul elədik. Gələnlər həyətdə gözləyirdilər, yəni növbəli şəkildə buraxmışıq".

"Operativ Qərargahın qərarına əsasən, 5 nəfər toplaşa bilər. Biz də bunu nəzərə alaraq, sərgini təşkil etdik. Bura müstəqil teatr olduğuna görə heç kəsdən icazə almadıq. Amma Operativ Qərargahın qoyduğu qadağalara riayət etdik. Buna görə də heç bir problem olmadı, heç bir qurum bizi buna görə narahat etmədi", -deyə əlavə edib.

Bədəlovun sözlərinə görə, mövcud duruma görə, qaliblər ənənəvi qaydada mükafatlandırılmayıblar: "Qaliblərin mükafatlarını sadəcə özlərinə verdik. Yəni, əvvəlki qaydada aparılmadı. Qalibləri və sərgidə nümayiş olunan əsərləri sosial şəbəkələrdə və teatrımızın rəsmi səhifəsində izləyə bilərlər".

Gülməli şəkillərə maska ilə baxmaq olar

Ötən gün başlanan sərgiyə baxmaq istəyənlər avqustun 21-dək qeyd olunan saatlarda sərgi salonuna gəlib, sərgidəki əsərləri izləyə bilərlər.