BAKI, 19 avqust — Sputnik. Mali hökumətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Bubu Dukure ölkə prezidenti Bubakar Keyta və hökumət başçısı Bubu Sissenin qiyamçılar barədə həbs olunmasını təsdiqləyib.
Sputnik Azərbaycan bildirir ki, onun sözlərinə görə, siyasətçiləri günün ikinci yarısında qiyam qaldırmış əsgərlər saxlayıblar. Onları zirehli avtomobillərə mindirərək paytaxt Bamakodan bir neçə km aralıda yerləşən Kati hərbi bazasına aparıblar.
Qiyama polkovnik Sadio Kamaranın başçılıq etdiyi deyilir.