SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp: Belarusu Rusiya ilə müzakirə edəcəyik

Bundan əvvəl Tramp bildirib ki, Belarusda "dəhşətli" vəziyyət meydana gəlib və Birləşmiş Ştatlar bunu diqqətlə izləyir.
Sputnik

BAKI, 19 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, Belarusdakı vəziyyətlə əlaqədar Rusiya ilə danışacaq.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Belarusdakı etirazlar əsasən dinc görünür.

Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1 faizini, rəqibi Svetlana Tixanovskaya isə 10,12 faizini toplayıb. Müxalifət bu nəticələri qəbul etməyib, Tixanovskaya isə Litvaya köçüb. Ölkədə artıq bir neçə gündür ki, icazəsiz etiraz aksiyaları keçirilir.

Bundan əvvəl Tramp bildirib ki, Belarusda "dəhşətli" vəziyyət meydana gəlib və Birləşmiş Ştatlar bunu diqqətlə izləyir.