BAKI, 19 avqust — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin daha 2 məzunu buraxılış imtahanlarında maksimum nəticə əldə edib.
Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib. Bildirilib ki, iyulun 29 və 30-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu və 297 nömrəli tam orta məktəbin məzunu Nuri Nahid Natiq oğlu 300 bal toplayıblar.
https://www.facebook.com/photo.php?fbid=10218379764073957&set=pcb.10218379767874052&type=3&theater