SƏHİYYƏ

Evdə əsas bakteriya mənbəyi məhz bu otaq imiş

Süngərlərə gəldikdə, onları daha tez-tez dəyişdirmək lazımdır.Süngərlərə gəldikdə, onları daha tez-tez dəyişdirmək lazımdır.Süngərlərə gəldikdə, onları daha tez-tez dəyişdirmək lazımdır.
Sputnik

BAKI, 19 avqust — Sputnik. Evdəki bakteriyaların əsas yaranma mənbəyi qabyuyan süngərdir. Bu nəticəyə "Rospotrebnadzor" gəlib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Rospotrebnadzor"un qida gigiyenasına nəzarət şöbəsinin müdiri Nadejda Rayevanın sözlərinə görə, bir süngər bakteriyaların yaranması üçün ideal mühitdir. Belə ki, bir həftə ərzində süngərlərdə tualet oturacağından 200 min dəfə çox mikroorqanizm əmələ gəlir.

Yeni bakteriya aşkarlanıb, antibiotiklər təsir etmir

"Rospotrebnadzor"un məlumatları tamamilə ağlabatan və istehlakçı üçün faydalıdır. Bu mövzu yay mövsümündə xüsusilə aktual olur, çünki evlər yayda rütubətli və olduqca isti olur. Və bu mikroorqanizmlərin inkişafı üçün çox yaxşı şərait yaradır. Üstəlik, qabları yuyduğumuz süngər qida tullantılarını özündə daşıyır. Bu amillərin nəticəsində süngər bakteriyalar üçün ideal yaranma mühitinə çevrilir" – bunu isə tədqiqatçı, mikrobioloq İlya Serejkin deyib.

Onun sözlərinə görə, bu səbəbdən qab süngərini tez-tez dəyişmək lazımdır. Bununla yanaşı tərəvəzlər üçün xüsusi fırça seçilməlidir. Mikrobioloqun sözlərinə görə, torpaqla təmasda olan tərəvəzlər üçün xüsusi süngərin ayrılması, çox faydalıdır.

Çünki torpaq bir çox mikroorqanizmlər üçün anbardır və orada çoxlu sayda mikroorqanizm yaşayır.

İçdiyimiz suda bakteriya aşkarlandı

Digər tərəfdən, mikrobioloqun fikrincə, tualetin mikrororqanimzlərlə dolu olması düzgün fikir deyil. Əslində, mətbəx mikroorqanizmlərin çoxalması üçün daha əlverişlidir, çünki mətbəxdə onların mövcudluğu üçün uyğun şərtlər var. Buna görə üstünlük təşkil edən stereotipə baxmayaraq, mətbəxin gigiyenasına daha çox diqqət yetirilməlidir.

Mikrobioloq əlavə edib ki, qabların yuyulması üçün plastik fırça, tərəvəzlərin yuyulması üçün isə başqa fırçadan istifadə etmək lazımdır.

Çünki fırçaların quruluşu süngərlərə nisbətən daha az məsaməlidir və buna görə mikroorqanizmlərin yığılmasına daha az baş verir. Bununla yanaşı, onları sterilizasiya etmək lazımdır.

Tədqiqatçı deyir ki, vaxtaşırı mətbəx qablarının üstünə vaxtaşırı qaynar su tökmək də faydalıdır. "Süngərlərə gəldikdə, onları daha tez-tez dəyişdirmək lazımdır. Ən az həftədə bir dəfə süngəri dəyişdirin".