CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial müavinət kartlarının müddəti artırıldı

"Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti uzadılıb"
Sputnik

BAKI, 18 avqust — Sputnik. Sosial müavinət kartlarının müddəti artırılıb. Dövlət Sosial Müdafiə Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir: "Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartlarının müddəti isə 31 oktyabr tarixinə qədər uzadılıb. Ondan sonrakı cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".