RUSİYA

Bu xəbər Rusiyada qohumu olanları məyus edəcək

Tədricən sərhədlərin açılmasına baxmayaraq ilin sonuna qədər rouminq gəlirləri, 2019-cu ildə olan vəziyyətə uyğun olaraq, cəmi 15-30 faiz bərpa olunacaq
Sputnik

BAKI, 18 avqust — Sputnik. Rusiyada rabitə xidmətlərinin qiyməti bahalaşa bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sərhədlərin bağlanması səbəbindən rouminqdən itirilmiş gəlirləri kompensasiya etmək üçün mobil operatorlar rabitə xidmətlərinin qiymətlərini qaldıra bilər.

Tədricən sərhədlərin açılmasına baxmayaraq ilin sonuna qədər rouminq gəlirləri, 2019-cu ildə olan vəziyyətə uyğun olaraq, cəmi 15-30 faiz bərpa olunacaq.

Hesablamalara görə, operatorlar tətil mövsümündə 10-16 milyard rubl almaya (itirə) bilərlər.

Qeyd edilir ki, operatorlar birbaşa qiymətləri qaldırmayacaq, lakin inkişaf etmiş xidmət paketləri təklif etməklə müştəriləri daha çox ödəməyə təşviq edəcəklər.