Tramp “çox vacib bir adamı” əfv edəcək

Bundan öncə Tramp deyirdi ki, hadisəylə elə də ciddi tanışlığı olmasa da Snoudenin mümkün əfvi üçün vəziyyəti ciddi araşdıracaq
Sputnik

BAKI, 18 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, bu gün “çox vacib bir adamı” əfv edəcək. Ancaq onun kim olduğunu açıqlamayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə prezident pulunun jurnalistləri məlumat yayıblar.

Tramp deyib ki, çərşənbə axşamı “çox, çox vacib bir fiqurun” əfv edilməsi haqda sərəncam imzalayacaq, amma bu nə Edvard Snoudendir, nə də prezidentin sabiq milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn.

Bundan öncə Tramp deyirdi ki, hadisəylə elə də ciddi tanışlığı olmasa da Snoudenin mümkün əfvi üçün vəziyyəti ciddi araşdıracaq.

Snouden 2013-cü ilin iyununda ABŞ və Böyük Britaniyanın xüsusi xidmətlərinin internetdə izləmə proqramlarına dair məxfi materialları Washington Post və Guardian qəzetlərinə ötürmüşdü. Sonra o, Honkonqa, daha sonra Moskvaya uçmuşdu.

Maykl Flinn 2017-ci ilin yanvar-fevral aylarında üç həftə müddətində Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri işləmişdi. Onu prezidenti və FTB-ni Rusiyanın ovaxtkı səfiri Sergey Kislyakovla danışıqlar barədə düzgün məlumatlandırmadığına görə ittiham etmişdilər.