Rusiya ordusunun generalı Suriyada həlak oldu, iki əsgər yaralandı

General-mayoru təcili surətdə təxliyə edərək tibbi yardım göstəriblər, amma həyatını qurtarmaq mümkün olmayıb
Sputnik

BAKI, 18 avqust — Sputnik. Rusiyanın general-mayor rütbəli baş hərbi məsləhətçisi Suriyada həlak olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, onun olduğu maşın karvanı minaya düşüb.

Daha iki hərbçi yaralanıb. Hadisə Deyr-əz-Zor yaxınlığında keçirilən humanitar aksiyadan qayıdan zaman yol kənarında baş verib. Orada əldəqayırma partlayıcı qurğu işə düşüb və hərbçiləri yaralayıb.

Bildirilir ki, general-mayoru təcili surətdə təxliyə edərək tibbi yardım göstəriblər, amma həyatını qurtarmaq mümkün olmayıb. O, ölümündən sonra dövlət mükafatına təqdim olunub.

Müdafiə Naziriliyi ölən hərbçinin ailəsinə bütün lazımi köməyin göstəriləcəyini bildirib.