MƏDƏNİYYƏT

"Qızıl qatar" Azərbaycan və Türkiyəni bir araya gətirəcək

Filmin çəkilişlərinə 2021-ci ilin birinci yarısında başlanacaqFilmin çəkilişlərinə 2021-ci ilin birinci yarısında başlanacaq
Sputnik

BAKI, 18 avqust — Sputnik. Azərbaycanın Türkiyə ilə dostluq tarixindən bəhs edən "Qızıl qatar" filmi çəkiləcək. Filmin çəkilişlərinə 2021-ci ilin birinci yarısında başlanacaq.

"Qızıl qatar" filminin mövzusu "Bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycanın 100 il əvvəl işğalçı qüvvələrə qarşı çiyin-çiyinə apardıqları böyük mübarizəsindən bəhs edir.

"Skala Yapım" və "Azərbaycanfilm"in birgə istehsalı olacaq flimdə Mustafa Kamal Atatürk, Nəriman Nərimanov və Kazım Qarabəkir Paşanın başçılığı ilə xüsusi bir heyət zamana və düşmənə qarşı böyük mübarizə aparır.

İngiltərə və Rusiya agentlərinin oyunları və erməni dəstələrinin hücumlarına qarşı mübarizədən bəhs edən filmin 2022-ci ilin aprelində yayımlanacağı gözlənilir.