CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeyri-adi restoran, çəkini de, deyim nə yeyəcəksən

Bir müddət əvvəl Çinin rəhbəri Si Tszinpin qida qənaəti proqramına başlandığını elan edib. Siyasətçi qeyd edib ki, hər gün ölkə vətəndaşları külli miqdarda yemək atırlar.
Sputnik

BAKI, 18 avqust — Sputnik. Çinin Çanşa şəhərindəki mərkəzi restoranlardan birində tərəzi quraşdırılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ziyarətçilər yemək sifariş etməzdən əvvəl özlərini çəkməlidirlər.

Müştərinin çəkisi xüsusi tətbiqə əlavə edilir və optimal menyu hesablanır.

Proqram ziyarətçinin artıq çəkili olduğunu göstərirsə, daha az yeməkləri olan bir menyu təklif edilir. Restoran, həmçinin müştəriləri qidalanmasına diqqət göstərməyə, nə yeyə biləcəyini sifariş verməyə təşviq edir.

Restoranın yeniliyi ictimai anlaşılmazlığa səbəb olub. Sosial şəbəkələrdə insanlar bu qaydalara qarşı çıxıblar. Restoran rəhbərliyi artıq qonaqlarından üzr də istəyib. Və ideyanın ölkə rəhbərliyinin qida tullantılarını minimuma endirmək proqramına uyğun həyata keçirildiyini izah ediblər.

Bir müddət əvvəl isə, Çin Xalq Respublikasının sədri Si Tszinpin qida qənaəti proqramına başlandığını elan etmişdi. Siyasətçi qeyd etmişdi ki, hər gün ölkə vətəndaşları külli miqdarda yemək atırlar.