Maskasızlara qarşı silah ixtira elədi – VİDEO

Qurğunun mərkəzində tibbi maska yerləşdirilib. Maskanın “atəş”dən sonra insanın üzünə oturması üçün onun uclarına yük bərkidilib.
Sputnik

BAKI, 18 avqust — Sputnik. Amerikalı bloger Allen Pen maska ilə adamın üzünə “atəş açan” qurğu ixtira edib.

Sputnik Azərbaycan bildirir ki, o, öz ixtirasının necə işlədiyini Twitter-də paylaşdığı videoda göstərib.

Kadrlarda görünür ki, Pen “silahın” qarşısında oturub. Qurğu avtomobilin əyləc sisteminin detalları və karbon qazı ilə dolu balonlardan quraşdırılıb. 

​Qurğunun mərkəzində tibbi maska yerləşdirilib. Maskanın “atəş”dən sonra insanın üzünə oturması üçün onun uclarına yük bərkidilib.