SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lukaşenko yeni prezident seçkilərinin keçiriləcəyini bildirib

Lukaşenko qeyd edib ki, yeni Konstitusiyanın iki variantı ona təklif edilib, lakin o, onları rədd edib, çünki onlar hazırkı Konstitusiyadan az fərqlənir.
Sputnik

BAKI, 17 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko yenilənmiş Konstitusiyanın üçüncü variantı üzərində iş aparıldığını bildirib.

Sputnik Belarus xəbər verir ki, bu barədə dövlət başçısı Minsk Təkərli Yedək Maşınları Zavodunun işçiləri ilə görüşdə bildirib.

Lukaşenko qeyd edib ki, ona artıq Konstitusiyanın iki variantı təklif edilib, lakin o, onları rədd edib, çünki onlar hazırkı Konstitusiyadan az fərqlənir.

Dövlət başçısı yeni Konstitusiya qəbul edildikdən sonra yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib.

Onun sözlərinə görə, əsas qanunun yeni versiyasında hakimiyyət səlahiyyətlərinin yenidən bölüşdürülməsini nəzərdə tutan müddəalar ola bilər.

Lukaşenko özü səlahiyyətlərini paylaşmağa hazır olduğunu deyib, "ancaq təzyiq altında deyil".